-
- 2-08-2023, 14:05
- 653
"Nikol Paşinyanın fikirləri heç bir fakta əsaslanmır" - MARİYA ZAXAROVA
"Nikol Paşinyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında ölkəmizin rolunun Ukrayna məsələsinə görə azalması barədə fikirləri anlaşılan deyil".
News24.az-ın məlumatına görə, bunu həftəlik brifinqində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib:
"Nikol Paşinyanın Ukraynadakı xüsusi hərbi əməliyyat fonunda Rusiyanın xarici siyasət prioritetlərinin azalması barədə fikirləri heç bir fakta əsaslanmır. Çox güman ki, bu, hansısa emosiyaların nəticəsidir. Reallıq isə ondan ibarətdir ki, biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlıyıq. Ölkəmiz regionda dayanıqlı sülhün əldə olunması istiqamətində öhdəliklərini yerinə yetirir. Son aylar ərzində Rusiyanın iştirakı ilə çoxsaylı görüşlərin keçirildiyi bir vaxtda aktivliyin azalmasından necə danışmaq olar? Reallıq ondan ibarətdir ki, hazırda əsas prioritet əldə olunan razılaşmaların icrasından ibarətdir".