Zaxarovadan Paşinyana:
    • 24-05-2023, 16:11
    • 389

Zaxarovadan Paşinyana: "Rusiyada onu başa düşmürlər"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-dən çıxması ilə bağlı bəyanatını şərh edərək, onu sözlərlə manipulyasiyanın bütün təhlükəsini dərk etməyə çağırıb.

News24.az
xəbər verir ki, brifinqdə Zaxarova Paşinyanın “Ermənistan de-yure KTMT-dən çıxmaq qərarına gəlsə, bu, KTMT-nin Ermənistandan çıxdığını təsbit etməsi nəticəsində baş verəcək” bəyanatı ilə bağlı sualı cavablandırıb.

“Əgər bu, Ermənistanın KTMT-dən çıxması ilə bağlı lobbiçilik etmək üçün bir ifadədirsə, o zaman mənə elə gəlir ki, sözlərlə manipulyasiyanın bütün təhlükəsini hələ də başa düşmək lazımdır. KTMT Ermənistandan necə çıxa bilər, söhbətin nədən getdiyi çox aydın deyil...”, - Zaxarova bildirib.

O qeyd edib ki, Rusiyada Nikol Paşinyanın sözlərinin nə demək olduğunu tam başa düşmürlər.

Turan