-
- 2-08-2023, 15:38
- 242
"Diplomatiyadan istifadə edəcəyik" - Ərdoğan taxıl sazişindən danışdı
“Rəsmi Ankara Qara dəniz taxıl təşəbbüsünü genişləndirmək üçün fəal səylərini davam etdirəcək və diplomatiyadan istifadə edəcək”
News24.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.
Ərdoğan Qara dəniz təşəbbüsünü “sülh körpüsü” adlandırıb və taxıl müqaviləsinin dayandırılmasının heç kimə fayda verməyəcəyini qeyd edib.
Türkiyə lideri həmçinin taxıl müqaviləsinin dayandırılmasından sonra taxılın dəyərinin 15% artdığını, onun həyata keçirilməsi zamanı isə 23% azaldığını qeyd edib .
Bundan başqa, Ərdoğan və Putin Rusiya prezidentinin respublikaya səfəri ilə bağlı razılığa gəliblər. Səfərin tarixi isə hələ dəqiqləşdirilməyib.
Arzu