Sosial müavinəti kəsilən ailə üsyan edir - VİDEO
    • 2-08-2023, 18:35
    • 688

Sosial müavinəti kəsilən ailə üsyan edir - VİDEO

Ucar sakini olan Hüseynovlar ailəsi sosial yardım ala bilməməsindən şikayət edir. 2 azyaşlı körpə olmaqla 4 nəfərdən ibarət aztəminatlı ailə bir neçə ay yardım alıb. Amma bu yardımın ailəyə verilməsi birdən birə dayandırılıb. Onlar 1 aydan çoxdur ki, adiyyatı qurumlardan cavab axtarır. 

News24.az
xəbər verir ki, şikayətçi Rövşən Hüseynov deyir ki, yardımın dayanması ailəsinin dolanışığını bir qədər də qəlizləşdirib. Rövşən Hüseynov 3-cü qrup əlil olduğundan işləmək qabilyyətini itirib. 

Həyat yoldaşı Firuzə Həsənovanın sözlərinə görə, ailəsinə verilən sosial müavinət əsassız yerə bu ilin iyun ayından etibarən kəsilib. Bununla bağlı o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna müraciət edib. Lakin müraciətinə cavab verilmədiyini iddia edir. 

Daha ətraflı videomaterialda:

Zümrüd Tahirqızı