-
- 17-05-2024, 13:46
- 328
ABŞ-dan İsrailə xəbərdarlıq
Cəbəliyə qaçqın düşərgəsi yenidən İsrailin hücumlarının hədəfi olub.
News24.az xəbər verir ki, İsrail ordusu tank atəşi ilə hücuma keçib.
HƏMAS və İslami Cihad tank əleyhinə silah və minaatanlarla cavab verib.
HƏMAS İsrail tanklarına hücumun görüntülərini dərc edib.
Hücumlardan sonra İsrailin müdafiə naziri Yoav Gallant "Həması gücdən salırıq" deyib.
O, bölgəyə daha çox əsgər göndəriləcəyini açıqlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu, "İfadə əməliyyatı bir çox problemi həll edəcək" deyib.
Bunun üzərinə HƏMAS-ın yüksək səviyyəli rəsmisi “Biz xalqımızı hər şəkildə müdafiə edəcəyik” deyib.
İsrail isə Qəzzanın cənubundakı Rəfahda HƏMAS-ın 4 batalyonunun qaldığını iddia edir.
Beynəlxalq ictimaiyyət İsraili Rəfaha qarşı genişmiqyaslı əməliyyatın səhv olacağı barədə xəbərdar etməkdə davam edir.
ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Gallant ilə telefonla danışıb.
O, mülki əhalinin müdafiəsi və humanitar yardım axınının sürətləndirilməsinin vacibliyini qeyd edib.
İsrailin Rəfahdakı hücumları “Qəzzanın və Fələstin xalqının məhvinə doğru atılan son addımdır" ifadələrdən istifadə edilib.
Günel Məlikzadə