Bakı hava limanında həyəcanlı anlar - Təyyarə məcburi eniş etdi-VİDEO
    • 2-08-2023, 22:13
    • 888

Bakı hava limanında həyəcanlı anlar - Təyyarə məcburi eniş etdi-VİDEO

Almatı-Tbilisi reysini həyata keçirən təyyarə tufan səbəbindən Bakı hava limanına eniş edib.

News24.az-ın məlumatına görə, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Air Astana” aviaşirkətinin Almatı-Tbilisi reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü tufan səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

“Airbus A321” təyyarəsi yerli vaxtla saat 21:20-də Bakı hava limanına eniş edib.