Tokioya uçan təyyarə Bakı aeroportunda məcburi eniş edib
    • 15-01-2023, 11:09
    • 204

Tokioya uçan təyyarə Bakı aeroportunda məcburi eniş edib

Türk Hava Yollarına məxsus İstanbul-Tokio reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Boeing 777 təyyarəsi yerli vaxtla saat 07:15-də Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib, onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərara alınıb.
Təyyarə saat 09:30-da Bakıdan Tokioya qalxıb.