-
- 3-08-2023, 11:55
- 468
“İmam ehsanı” adı altında dələduzluq edənlə bağlı araşdırmaya BAŞLANILDI-VİDEO
Polis Bakıda “İmam ehsanı” adı altında dələduzluq edən şəxslə bağlı araşdırmalara başlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov News24.az-a bildirdi ki, sosial şəbəkələrdə yayılan iddialar araşdırma predmetidir: “Daxili İşlər Nazirliyinin müvafiq qurumunda məsələ ilə bağlı araşdırma aparılır”.
Xatırladaq ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Bakının Yasamal rayonu ərazisində peyda olan şəxs əsasən aztəminatlı ailələri aldaraq onlara qarşı dələduzluq edir.
Belə ki, həmin şəxs ərazidə vətəndaşlara yaxınlaşaraq özünü hansısa universitetin rektorunun nümayəndəsi kimi təqdim edir, guya həmin rektorun məhərrəmlik ayı ilə əlaqədar hər ailəyə 150 manat yardım etdiyini bildirərək onlara 200 manatlıq saxta əskinas verir, əvəzində isə onlardan 50 manat alır.
Faktla bağlı RTV-də yayımlanan reportajı təqdim edirik
Samir Əli