-
- 3-08-2023, 14:03
- 239
Roma Papası Aİ-ni sülh yaratmağa çağırdı
Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Avropa İttifaqını (Aİ) münaqişələrin, xüsusilə də Rusiya-Ukrayna müharibəsinin həlli üçün sülh diplomatiyasını inkişaf etdirməyə çağırıb.
News24.az xəbər verir ki, Vatikanın rəsmi orqanlarından biri olan Vatikanın Xəbərləri internet saytının məlumatına görə, Papa Fransisk nikbin olduğunu bildirib: “Avropa “müharibə və silahlanma yarışının qaçılmaz olduğunu düşünməkdənsə, sülh və diplomatik həll yollarına nail olmaq üçün yenilikçi yanaşmalar təklif edə bilər”.
"Dünya Gənclik Günü" çərçivəsində Portuqaliyanın paytaxtı Lissabonda olan Papa, "Dünyanın əsl Avropaya ehtiyacı var" deyərək, Avropanın şərqdə, Aralıq dənizində, Afrikada körpü olması və Orta şərqdə barışdırıcı bir rol oynaması lazım olduğunu söyləyib.
Papa Fransisk münaqişələrin həlli və gərginliyin azaldılması üçün dinc diplomatiyanın qurulmasına işarə edərək bildirib ki, bu diplomatiya “incə gərginlik siqnallarına” diqqət yetirməli və “gizli mənaları” ayırd etməyi bacarmalıdır.
Avropadan soruşun: “Əgər siz dünyaya Ukraynadakı müharibəni və bu qədər qan tökülməsinə səbəb olan çoxsaylı münaqişələri dayandırmaq üçün sülh vasitələri təklif etmirsinizsə, hara doğru gedirsiniz?” Papa silahlanmaya deyil, insan kapitalına sərmayə qoymağa çağırıb.
Aydan