-
- 27-04-2023, 09:48
- 239
Vatikan üçün tarixi dönüş nöqtəsi: Papa Fransisk qadınlarla bağlı qərar verdi
Katoliklərin ruhani lideri və Vatikanın başçısı Papa Fransisk qadınların da növbəti Yepiskoplar şurasından (Sinoddan) səsvermə hüququna malik olması barədə qərar verib.
News24.az xəbər verir ki, Vatikanın bəyanatında Roma Papası Katolik Kilsəsinin mühüm məşvərət orqanlarından biri olan, dünyanın hər yerindən yepiskopların müəyyən məsələlərin həlli üçün vaxtaşırı bir araya gəldiyi Yepiskoplar şurasının idarəçiliyi ilə bağlı normalarda bəzi dəyişiklikləri təsdiqləyib.
Papa Fransisk tərəfindən edilən düzəlişlə yepiskop olmayanlara da səsvermə hüququ verilib.
Bunda ən diqqətçəkən dəyişiklik, yepiskop olmayanlara, xüsusən də qadın üzvlərə indiyə qədər yalnız yepiskopların səs verə bildiyi Sinodda səsvermə hüququnun verilməsi olub.
İtaliya mətbuatı bu dəyişiklikləri Vatikan üçün tarixi dönüş nöqtəsi və Katolik Kilsəsində görünməmiş bir yenilik adlandırıb. /Anadolu Ajansı/