Masallıda meşə yandı - FOTO
    • 3-08-2023, 18:46
    • 186

Masallıda meşə yandı - FOTO

Masallı rayonunun Yeyənkənd kəndi ərazisindəki meşə massivində yanğın baş verib.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən meşə ərazisində kol-kos və xəzəlin yandığı və alovun meşədəki çoxillik ağaclara keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən ağaclara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 500 m² sahədə kol-kos və xəzəl yanıb, meşə massivi yanğından mühafizə olunub.