Kürdəmirdə açıq ərazidə güclü yanğın olub - VİDEO
    • 10-02-2022, 16:11
    • 491

Kürdəmirdə açıq ərazidə güclü yanğın olub - VİDEO

Fevralın 9-u axşam saatlarında Kürdəmir rayonunun Garıs Əyribənd kəndi ərazisində yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının kol-kos sahədə baş verdiyi və qısa müddətdə bilavasitə yaxınlıqdakı meşə zolağına keçmə riskinin olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğının qısa müddətdə söndürülərək genişlənib yaxınlıqdakı meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümumilikdə təxminən 500 kvadratmetr sahədə quru ot və kol-kos yanıb, ətraf ərazilər və meşə zolağı yanğından mühafizə olunub.

Əməliyyat görüntülərini təqdim edirik: