Şimali Koreyadan ABŞ-a Tayvan xəbərdarlığı!
    • 4-08-2023, 13:44
    • 132

Şimali Koreyadan ABŞ-a Tayvan xəbərdarlığı!

Şimali Koreya açıqlamasında ABŞ-ın Tayvana göndərdiyi hərbi yardıma reaksiya verərək, bu addımların "müharibənin alovlanma nöqtəsini" gətirəcəyi ilə bağlı xəbərdarlıq edib.

News24.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyində (KCNA) yer alan xəbərə görə, Şimali Koreya Vaşinqtonun Tayvana hərbi yardımı ilə Çini çəkindirmək üçün “pis niyyətli” olduğunu nümayiş etdirdiyini və bunun regional gərginliyi “alovlanma nöqtəsinə çatdıracağını” iddia edib.

Şimali Koreya rəsmisi Maeng Yong Rim, "Birləşmiş Ştatlar ictimaiyyətə tək Çin prinsipinə sadiq qaldığını bildirir, lakin arxa planda Çinin ayrılmaz hissəsi olan Tayvanın "müstəqilliyinə" təhrik edir" deyib.

Maeng iddia etdi ki, ABŞ Asiya Sakit Okean regionunda son "hegemon" mövqeyə nail olmaq üçün Tayvanı Çinə qarşı istifadə edir və Çini çəkindirmək strategiyasının həyata keçirilməsində dayaq rolunu oynamağı hədəfləyir.

Aydan