Cənubi Koreya: “Şimali Koreya 4 gündür ki, zənglərimizə cavab vermir”
    • 10-04-2023, 12:11
    • 277

Cənubi Koreya: “Şimali Koreya 4 gündür ki, zənglərimizə cavab vermir”

Cənubi Koreya hökuməti Şimali Koreyanın iki ölkə arasındakı hərbi xətt və koreyalararası əlaqə kanallarını açıq saxlamaq üçün edilən gündəlik telefon zənglərinə 4 gündür cavab verilmədiyini açıqlayıb.

News24.az xəbər verir ki, Pxenyan nümayəndələri hökumətin vəziyyəti izləyəcəyini və lazımi reaksiyanı verəcəyini ifadə edib:

“Rəsmi mövqeyimizi ortaya qoymağımız çox çəkməyəcək”.

Cənubi Koreya Müdafiə Nazirliyi də edilən zənglərin 4 gündür cavabsız qaldığını açıqlayıb.

Şimali Koreya naməlum səbəbdən cümə günü Seuldan gələn zənglərə cavab verməyi dayandırıb. 

İki ölkə arasında müntəzəm təmasların dayandırılmasının yeni hərbi gərginliklərə yol aça biləcəyi ilə bağlı narahatlıqlar var.