"Kosmik fəaliyyət haqqında" qanun TƏSDİQLƏNDİ
    • 4-08-2023, 17:15
    • 249

"Kosmik fəaliyyət haqqında" qanun TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

News24.az xəbər verir ki, bu Qanun Azərbaycanda kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.

Bu Qanun kosmik fəaliyyətin subyektlərinə şamil olunur. Azərbaycanın hava məkanı daxilində kosmik obyektə münasibətdə Azərbaycanın müvafiq qanunları şamil edilir.

Ələt azad iqtisadi zonasında kosmik fəaliyyət və kosmik sənaye sahələrində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.