-
- 5-08-2023, 14:52
- 297
İnsanların həkimə yox, falçıya müraciət etməsi insultu CAVANLAŞDIRIB
Son dövrlərdə gənc insanlar arasında insultdan ölüm halları çoxalıb.Əvvəl 60 yaşdan yuxarı insanlar insult keçirirdilərsə, indi bu yaş 40-30-a enib. Bir çox insan insultun yalnız qocalıqda baş verə biləcəyini düşünür. Lakin hər il o, cavanlaşır.
İnsult nədir? Niyə yaranır?
İnsult – beyin qan dövranının kəskin pozulması nəticəsində baş beyində ocaqlı zədələnmənin yaranması ilə xarakterizə olunur. İşemik və ya hemorragik xarakter daşıya bilər. İnsult əksər hallarda bədənin sağ və ya sol yarısında ətraflarda qəfil zəiflik, üzün asimmetriyası, huşun, nitq və görmənin pozulması, başgicəllənmə ilə təzahür edir. Diaqnoz klinik, laborator, tomoqrafik və damar müayinələrinin nəticələri əsasında qoyulur. Müalicə orqanizmin həyat fəaliyyətinin təminindən, ürək, tənəffüs və metabolik pozğunluqların korreksiyasından, serebral ödemlə mübarizədən, spesifik patogenetik, neyroprotektor və simptomatik terapiyadan, ağırlaşmaların qarşısının alınmasından ibarətdir.
Mövzu ilə bağlı News24.az-a danışan həkim-nevroloq Qabil Əsədov dedi ki, yüksək qan təzyiqi, şəkərli diabet, hiperxolesterinemiya, səyrici aritmiya, qanın reoloji dəyişiklikləri, zərərli vərdişlər insultun başlıca səbəbləridir.
Nevroloq bildirdi ki, hər il dünya əhalisinin hər 1000 nəfərinə düşən insultların sayı 1- 4 arasında dəyişir. Bütün insultların yarısı 70 yaşdan yuxarı insanlarda inkişaf edir:
"İşemik insult bütün insult hallarının 70-85% -ni təşkil edir. Birinci ay ərzində ölüm halları 15-25%, birinci il ərzində isə 29-40% təşkil edir. Xəstələrin yaşı artdıqca, isultdan ölüm hallarının miqdarı da çoxalır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə insultdan ölüm bütün ölüm səbəbləri arasında 2-3-cü yeri tutur və əhalinin hər 100 000-nə 80 nəfər təşkil edir.
İnsult yaşının cavanlaşması məsələsinə də toxunan Q.Əsədov qeyd etdi ki, yaşadığımız stressli, gərgin həyat, cəmiyyətdə aqressiyanın artması, insanların öz səhhətinə olan biganə münasibətin nəticəsidir:
"İnsanların təzyiqi olur, həkim dərman yazır, gedirlər hansısa bitkilərlə müalicə etməyə çalışırlar. Yaxud həkim yazdığı təzyiq dərmanı vaxtı vaxtında istifadə etmirlər. Yəni sırf biganə münasibət, insanlar arasında maarifçiliyin aşağı səviyyədə olması, təhsilin aşağı səviyyədə olması, getdikcə azalması əlbəttə ki, insultun və digər xəstəliklərin cavanlaşmasına gətirib çıxaracaq.
Vaxtında düzgün profilaktika tədbirlərinin görülməməsi, hansısa əlamətlər baş verdikdə həkimə yox, falçıya, astroloqa, cürbəcür dələduzlara müraciət etməsi əlbəttə ki, bu xəstəliyin cavanlaşmasına gətirib çıxarır. Nədənsə səhhətimizə münasibətdə biz mütəxəssis axtarmırıq elə ağlımıza gələn internetdə oxunan məqalələrlə başlayırıq özümüzü müalicə etməyə çalışmağa. Əgər insanlar vaxtında profilaktik tədbirlər görsələr, özlərində əlamətlər hiss etdikdə müvafiq mütəxəssisə müraciət eləsələr, həkimin dediyi göstərişləri vaxtı vaxtında yerinə yetirsələr insultun müddətini xeyli uzatmaq olar".
Aydan Beydullayeva