Baş nazir bu avadanlıqları rüsumdan AZAD ETDİ
    • 5-08-2023, 12:06
    • 296

Baş nazir bu avadanlıqları rüsumdan AZAD ETDİ

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara etdiyi dəyişiklik edilib.

News24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar idxal gömrük rüsumundan azad olunub.

Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən, iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar - 2023-cü il yanvarın 1-dən 2 il müddətinə idxal gömrük rüsumuna cəlb olunmayacaq.