Bakıda restoranda yanğın -Tüstüdən zəhərlənənlər var
    • 28-04-2024, 16:32
    • 221

Bakıda restoranda yanğın -Tüstüdən zəhərlənənlər var


Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış 1 ədəd kompressor yanıb.

FHN-dən  verilən xəbərə görə, yanğın zamanı 3 nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib.

Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.