ABŞ Nigerə yardımı dayandırır - BLİNKEN
    • 5-08-2023, 12:25
    • 225

ABŞ Nigerə yardımı dayandırır - BLİNKEN

ABŞ hökuməti Niger hökumətinə bəzi xarici yardım proqramlarını dayandırır. 
 
News24.az xəbər verir ki, barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
 
Blinkenin sözlərinə görə, bu müvəqqəti tədbir ABŞ-ın Nigerdəki bütün xarici yardım proqramlarına şamil edilmir.

“Ən vacibi odur ki, həyati əhəmiyyət kəsb edən humanitar və ərzaq yardımlarının göstərilməsi davam etdiriləcək. Bundan əlavə, biz Nigerdə ABŞ hökumətinin fəaliyyətini, o cümlədən ABŞ personalını qorumaq üçün diplomatik əməliyyatlar və təhlükəsizlik əməliyyatlarını davam etdiririk.
Amerikanın Niger hökumətinə yardım göstərməsi demokratik idarəçilik və konstitusiya quruluşuna bağlılıqdan asılıdır. Bu, Qərbi Afrika Ölkələrinin İqtisadi Assosiasiyası və Afrika İttifaqının təşəbbüsü ilə atılan addımlara uyğundur. ABŞ hökuməti ölkədə baş verən hadisələrə əsaslanaraq xarici yardım və əməkdaşlığı nəzərdən keçirməyə davam edəcək. Biz Nigerin demokratik yolla seçilmiş hökumətini dərhal bərpa etməyə çağırırıq”, - ABŞ dövlət katibinin bəyanatında deyilir.

Arzu