Ukraynaya yeni yardım paketi ayrılacaq - Blinken
    • 20-06-2023, 19:36
    • 204

Ukraynaya yeni yardım paketi ayrılacaq - Blinken

ABŞ Ukraynaya yeni yardım paketini açıqlayacaq.

 News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken məlumat verib.

“Prezident Bayden deyib ki, biz nə qədər lazımdırsa, o qədər Ukraynanın yanında olacağıq. Bu öhdəliyimizi yerinə yetirməyə davam edəcəyik - o cümlədən sabah elan edə biləcəyimiz Ukraynaya yeni yardım paketi vasitəsilə”, - o deyib.