-
- 5-08-2023, 14:23
- 1 192
"Zahid Oruc işimizi çətinə saldı" - Partiyası qeydiyyata alınmayan DEPUTAT
Xəbər verdiyimiz kimi, Ədliyyə nazirliyi bir çox siyasi partiyanı qeydiyyata almaqdan imtina edib. Onlardan biri də Milli Məclisin deputatı Fazil Mustafanın rəhbərlik etdiyi Böyük Quruluş partiyasıdır.
F.Mustafa News24.az-a açıqlamasında partiyaların qeydiyyata alınmasında yaranan problemi deputat həmkarı Zahid Orucla "əlaqələndirdi":
"Bu qərar bizdə təəssüf doğurur. Çünki vaxtilə bu qanunu təqdim edən Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc da daha asanlaşdırıcı bir sistemin qurulmasına və partiya həyatının canlanmasına xidmət edəcək bir qanun olacağını bəyan etmişdi. Həmin vaxt qanuna 70-dən artıq düzəliş edildi. Ona görə də biz qanunun qəbuluna dəstəyimizi əsirgəmədik. Amma bu sənəd bizim işimizi bir qədər də çətinə saldı. İradlar varsa, aradan qaldırmasına çalışacağıq. Bu məqsədlə artıq müvafiq işlərə başlanılıb. Ümid edirəm ki, bir ay sonra bizim düzəlişlər obyektiv dəyərləndiriləcək və partiyamızın qeydiyyat məsələsi həllini tapacaq".
Rəhbərlik etdiyi partiyanın üzvlərinin sayına gəlincə, F. Mustafa Ədliyyə Nazirliyinə 8408 nəfərlik siyahı təqdim olunduğunu vurğuladı və əlavə etdi ki, yoxlama zamanı 4000 nəfərin mübahisəli olması aşkarlanıb.
Onun sözlərinə görə, nazirlikdən partiyaya 3012 nəfərin anket məlumatlarında dəqiqləşməyə ehtiyac olduğu barədə məktub göndərilib.
Fərid Azəri