Astarada yeniyetmə bıçaqlandı
    • 6-08-2023, 10:52
    • 296

Astarada yeniyetmə bıçaqlandı

Astarada yeniyetmə bıçaqlanıb.

News24.az "Report"a istinadən xəbər verir ki, Astara rayon sakini 2005-ci il təvəllüdlü Z.Hüseynlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü E.Şabanzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.