Bakıda tanınmış şirkətin yarım milyon manatını mənimsəyənlərin məhkəməsi BAŞLADI
    • 7-08-2023, 13:06
    • 232

Bakıda tanınmış şirkətin yarım milyon manatını mənimsəyənlərin məhkəməsi BAŞLADI

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəməkdə təqsirləndirilənlər Orxan Məmmədov, Zaur Babayev, Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə Murad Rəsulovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

News24.az-ın məıumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər “İNTEQRAL” Qapalı Səhmdar Cəmiyyətinin ümumilikdə 525 min manatını mənimsəyiblər.

Daha sonra söz təqsirləndirilən şəxslərə verilib. O. Məmmədov, Z.Babayev, C.Cəbrayılov və M.Rəsulov elan olunan ittiham üzrə özlərini təqsirli bilməyiblər. Yalnız Fuad Xəlilzadə özünü qismən təqsirli bilib.

Məhkəmənin növbəti iclası avqustun 14-nə təyin edilib.

Samir Əli