Valideynlərin NƏZƏRİNƏ - Məktəbli formaları 10 məntəqədə SATILACAQ
    • 7-08-2023, 13:16
    • 1 119

Valideynlərin NƏZƏRİNƏ - Məktəbli formaları 10 məntəqədə SATILACAQ

Azərbaycanda yeni tədris ilinin başlamasına az müddət qalıb. Artıq bu il üçün nəzərdə tutulmuş məktəbli formalarının satışına start verilib.

Cair ildən etibarən məktəbli formalarının olması məcburidir. Məktəbli formaları dörd fərqli rəngdə şagirdlərin itifadəsinə verilib.

"Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov real tv-yə bildirib ki, məktəbli formalarının 10 satış mərkəzində satışı təşkil olunub.
Məktəbli formaları oğlan və qızlar üçün standart ölçüdə uzun qol və qısa qol köynəklər 15 manat, şalvar 25 manat, jaket 30 manat, qızlar üçün isə ətək 25 manat təşkil edir.