Cığatelin vəfat edən 9 yaşlı nəvəsinin FOTOSU
    • 7-08-2023, 18:53
    • 249

Cığatelin vəfat edən 9 yaşlı nəvəsinin FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün dəhşətli yol qəzasında məşhur şairə Cığatelin nəvəsi faciəvi şəkildə vəfat edib.

News24.az xəbər verir ki, həlak olan 9 yaşlı Süleyman Qasımovun sosial şəbəkələrdə fotosu yayılıb.

Qeyd edək ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
 
İki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri 1987-ci il təvəllüdlü Ayaz Qasımov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun 9 yaşlı oğlu Süleyman Qasımov isə həyatını itirib.

 Qəzada ağır yaralanan Ayaz Qasımov şairə Cığatelin oğludur./Bakupost.az/