-
- 25-07-2018, 16:46
- 825
2 universitet bitirən eks-iş adamı Bakıda küçədə yaşayır - Video
İki universitet bitirən, keçmiş şirkət rəhbərinin küçədə çarəsiz vəziyyətdə yaşaması ilə bağlı sosial şəbəkələrdə yayılan foto müzakirələrə səbəb olub.
62 yaşlı Lətif Əliyev təsdiq edib ki, həqiqətən də Moskva Rejissorluq Universiteti və Kiyevdə Xarici İşlər Akademiyasını bitirib. Moskvada dövlət müəssisələrində işləyib. 3 il bundan öncəyə qədər isə Yunanıstanda özünün yaratdığı şirkətin rəhbəri olub.
Səhhəti yaxşı olmadığından suallarımızı tam cavablandıra bilməyən L. Əliyev 3 ildir ki, bu vəziyyətdə küçədə yaşayır. Lakin son günlərdə halı daha da pisləşib. Danışmağa belə çətinlik çəkdiyini bildirir.
Keçmiş iş adamının bu vəziyyətə düşməsinə səbəb isə iş ortaqlığı etdiyi dostu olub. Belə ki, iddiaya görə, həmin şəxs L. Əliyevin adına banklardan külli miqdarda kredit götürərək qaçıb. Həmsöhbətimiz isə kredit borclarını qaytarmaq üçün evlərini, maşınını, bir sözlə, əlində olan hər şeyi satıb.
Yeganə itirmədiyi şey həyat yoldaşının adına Yunanıstandakı mülklər olub ki, onu da saxlaya bilməyib. Müflisləşəndən sonra arvadı uşaqlarını da götürüb onu tərk edib.
Hazırda Lətif Əliyev Tbilisi prospektində “Qaçqınkom”un binası ilə üzbəüz yerüstü keçidin yanındakı küçədə yaşayır. Bir neçə gün əvvəl onun əmək kitabçasını, diplomlarını və digər sənədlərini oğurlayıblar. Lətif dayı şəkər xəstəsidir, buna görə də ayağının biri şişib və yeriyə bilmir.
Qeyd edək ki, “Qafqazinfo” Lətif Əliyevin sosial sığınacaq mərkəzlərindən birinə yerləşdirilməsi, səhhətinin nəzarətə götürülməsi ilə bağlı dövlət qurumları ilə əlaqə saxlamağa çalışır.
Lətif Əliyevlə bağlı hazırladığımız videomaterialı təqdim edirik:
// Qafqazinfo