BQXK əməkdaşları Ermənistanda saxlanılan hərbçilərinizə baş çəkdi
    • 8-08-2023, 14:48
    • 220

BQXK əməkdaşları Ermənistanda saxlanılan hərbçilərinizə baş çəkdi

Avqustun 7 -də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycanlı hərbçi əsirə baş çəkib. BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı İlahə Hüseynova News24.az-a bildirib ki komitə əməkdaşları Ermənistanda saxlanılan 2 Azərbaycan vətəndaşına yenidən baş çəkib.  : "Onlara telefon və Qızıl Xaç Məktubları vasitəsilə ailələri ilə əlaqə yaratmaq imkanı verilib.

Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır".

Samir Əli