-
- 8-08-2023, 18:48
- 253
ABŞ Cənubi Qafqazda GƏRGİNLİK YARADIR - SƏFİR
“ABŞ Tiflis, Suxumi və Sxinvali arasında gücdən çəkinməklə bağlı sazişin bağlanmasına şərait yaratmaq əvəzinə, Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirir”.
News24.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
Onun sözlərinə görə, Amerika administrasiyası həqiqətən də regionda sülhü təmin etməyə meyllidirsə, onda Rusiyaya qarşı ittihamlardan və sanksiyalarla hədələməkdən əl çəkməli, Rusiya ilə Gürcüstan arasındakı əlaqələri pozmağa çalışmamalıdır.
“Cenevrədə keçirilən beynəlxalq müzakirələr çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə dair praktiki işə diqqət yetirmək vacibdir. İlk növbədə, ABŞ indi etdiyi kimi vəziyyəti gərginləşdirməkdənsə, Tiflis, Suxumi və Sxinvali ilə hüquqi qüvvəyə malik güc tətbiqindən çəkinməyi ehtiva edən sazişin bağlanmasına çalışmalıdır”, - Antonov vurğulayıb.
Onun fikrincə, ABŞ qəsdən vəziyyəti alt-üst edir, 2008-ci il hadisələrinin (Rusiyanın işğalı demək istəyir – red.) məsuliyyətini başqasının üzərinə qoyur, o da faktiki olaraq Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin üzərinə düşür.
ABŞ Dövlət Departamenti 5 günlük Gürcüstan-Rusiya müharibəsinin 15-ci ildönümü ilə bağlı bəyanat yayaraq, Rusiyanı Gürcüstanın ərazi bütövlüyünü pozmaqda və əhalisinə misilsiz iztirablar verməkdə ittiham edib.
Arzu