-
- 19-05-2023, 14:42
- 449
Cənubi Qafqazda vəziyyətin sabitləşməsi üçün... - Moskva SÖZ VERDİ
“Moskva Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinə dair razılaşmaların yerinə yetirilməsini təmin etmək üçün əlindən gələni edəcək”
News24.az xəbər verir ki, Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə keçirilən üçtərəfli danışıqlarda deyib.
“Biz Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı qərarların həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik”, - Rusiya diplomatiyasının rəhbəri bildirib.
Qeyd edək ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş başlayıb. Görüşdə Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, ictimaiyyət, ekspertlər və parlamentarilər xətti ilə təmasların qurulması daxil olmaqla üçtərəfli razılaşmaların həyata keçirilməsi predmetli şəkildə müzakirə olunur.
Turan