-
- 8-08-2023, 20:04
- 594
Naxçıvan Səhiyyə Nazirliyində yoxlamalar: Nazir həbs olunacaq?
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində aparılan yoxlamalar keçmiş nazir Niyazi Novruzov üçün xoşagəlməz nəticələrə səbəb ola bilər.
News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Niyazi Novruzov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun istefasından sonra işdən çıxarılıb. O, Muxtar Respublikanın səhiyyə naziri vəzifəsində 19 il çalışıb. Niyazi Novruzovu bu vəzifəyə 2004-cü ildə Vasif Talıbov təyin edib.
Niyazi Novruzov keçmiş Ali Məclis sədrinin yaxın adamlarından biri kimi tanınır. Onun uzun müddət nazir vəzifəsi daşıması bununla əlaqələndirlir.
Vasif Talıbovun istefasından sonra onun dövlət qurumlarındakı adamları da işdən çıxarılıb. Paralel olaraq həmin qurumlarda yoxlamalara başlanılıb.
Naxçıvan MR Səhiyyə Nazirliyində aparılan yoxlamalar da bu prosesin tərkib hissəsidir.
Yoxlamaların Niyazi Novruzovun fəaliyyət dövrünü əhatə etdiyi şübhəsizdir. Bu halda Niyazi Novruzov üçün çətin günlər başlaya bilər. Onun üçün həbs təhlükəsinin yaranması da mümkündür.