-
- 9-08-2023, 09:16
- 202
Blinken üsyançıları Niger prezidentini dərhal AZAD ETMƏYƏ ÇAĞIRDI
ABŞ dövlət katibi Entoni Blinken üsyançıları Niger prezidenti Məhəmməd Bazumu və ailə üzvlərini dərhal azad etməyə çağırıb.
News24.az xəbər verir ki, bu barədə o, Tvitter hesabında məlumat verib.
Blinken deyib ki, o, Afrika dövlətinin başçısı ilə telefon danışığı aparıb və bu zaman onu Amerikanın yaranmış böhranın sülh yolu ilə həllinə nail olmaq istəyinə inandırıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Nigerdə hakimiyyəti ələ keçirmiş üsyançıların hərəkətlərini konstitusiyaya zidd adlandırıb.
O, həmçinin Vaşinqtonun münaqişənin diplomatik həll yollarını axtarmağa hazır olduğunu vurğulayıb.
Günəş Mərd