İtkin düşən yeniyetmənin meyiti tapıldı
    • 9-08-2023, 10:18
    • 689

İtkin düşən yeniyetmənin meyiti tapıldı

Avqust ayının 8-də Sabirabad Rayon Polis Şöbəsinə və Qaragüney Polis Bölməsinə rayonun Muğan Gəncəli kənd sakini, 2007-ci il təvəllüdlü R.Məlikzadənin itkin düşməsi barədə məlumat daxil olub. 

Bu barədə News24.az-a  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov məlumat verib. 
 
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində R.Məlikzadənin cəsədi bu gün səhər saatlarında Kür çayının Muğan Gəncəli kəndi ərazisindən keçən sahilindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.