Ötən il itkin düşən şəxsin meyiti kanaldan tapıldı
    • 6-02-2023, 17:01
    • 170

Ötən il itkin düşən şəxsin meyiti kanaldan tapıldı

Daxili İşlər Nazirliyi (DİN) bu gün Yuxarı Şirvan kanalından meyit tapılması ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az -a bildirilib ki, ötən il rayon sakini Rəşad Kərimovun itkin düşməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu gün səhər saatlarında R.Kərimovun meyiti Yuxarı Şirvan suvarma kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Meyitə ilkin baxış zamanı zorakılıq əlamətləri aşkar edilməyib, onun intihar etdiyi ehtimal olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.