Sumqayıtda qadın ərini qətlə yetirdi
    • 9-08-2023, 10:55
    • 782

Sumqayıtda qadın ərini qətlə yetirdi

Sumqayıtda arvad ərini qətlə yetirib.

Sumqayıt şəhər prokurorluğundan News24.az-a verilən məlumata görə, avqustun 9-da Sumqayıt şəhərinin Corat Qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub.

İbtidai istintaq davam etdirilir.