-
- 5-03-2019, 20:39
- 869
Futbolçunun anası oğurlandıqdan bir həftə sonra sərbəst buraxılıb
Nigeriya yığmasının və Fransanın "Bordo" klubunun futbolçusu Samuel Kalunun oğurlanan anası cinayətkarlar tərəfindən sərbəst buraxılıb.
News24.Az xarici mətbuata istinadən xəbər verir ki, polis qadının ötən gecə sərbəst buraxıldıqdan sonra evə getdiyini bildirib.
Həmçinin hüquq-mühafizə orqanları oğruların qadın üçün tələb etdikləri məbləği alıb-almadıqlarını araşdırmalıdırlar.
Qeyd edək ki, Samuel Kalunun anası fevralın 27-də oğurlanıb. Qadını oğurlayan şəxslər əvvəl 8,3 min dollar pul istəsələr də, sonuncu tələbləri 41 min dollar olub.