-
- 9-08-2023, 11:35
- 437
Rusiyanın növbəti qərarı: "Sanksiyalar iqtisadiyyatı sıradan çıxırır"
"Rusiya siyasi rəhbərliyinin iqtisadi qərarları da "reallıq hissi" akvatoriyasından kənara çıxmaqda davam edir. İqtisadi sanksiyalar SPİD virusu kimidir, öldürmür, amma iqtisadiyyatın immun sistemi sıradan çıxarır və bir gün ən adi problemlər belə orqanizmi çökdürür. İndi sanksiyalar Rusiya iqtisadiyyatını sıradan çıxırır. Əvvəl monupulyativ manevrlər hesabına rublun "ölməsini" bir qədər əngəllədə bilsələr də, artıq rubl təzyiqlərə tab gətirə bilmir və bilməyəcək. Bir tərəfdən də azalan neft-qaz gəlirləri. Ötən il bəyan edirdilər ki, sanksiyalara baxmayaraq bizim neft-qaz gəlirimiz artıb. Amma bu gün bildirilir ki, Rusiyanın neft və qaz gəlirləri bu ilin ilk 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 41,4 faiz azalıb".
News24.az xəbər verir ki, bu sözləriiqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, belə bir şəraitdə Putin yenə emosional qərar qəbul edərək, Rusiya ilə “dost olmayan ölkələr”lə vergi müqavilələrini qismən ləğv etdi.
"Əvvəla ümumiyyətlə "dost olmayan ölkə" ifadəsi doğru ifadə deyil. Münasibətlərin diversifikasiyasında bu ifadənin nə iqtisadi, nə də siyasi mahiyyəti doğru deyil. O ki qaldı, vergi müqavilələrinin ləğvinə, bu münasibətlərin daha da sıradan çıxarılmasına xidmət etməklə yanaşı iqtisadi zərər formasında da ən böyük mənfi təsirini Rusiyaya göstərəcək.
Hazırdan Putinin “dost olmayan ölkələr” siyahısında dünyanın iqtisadi cəhətdən ən yaxşı ölkələri olan 43 ölkəsi var. Əksəriyyəti də "iqtisadi əjdaha"dır. Bunlarla vergi müqavilələrini qismən ləğv etmək nə deməkdir?!
Doğurdanmı Rusiya bu ölkələrin hər birinə dəyəcək 1 dollar zərər qarşılığında özünə dəyəcək ən azı 43 dollarlıq zərəri görmür?!", - deyə o vurğulayıb.
Arzu