Türkiyədə 7 polis əməkdaşı yaralandı

Türkiyədə 7 polis əməkdaşı yaralandı Dünya

Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 7 polis əməkdaşı yaralanıb.

News24.az xəbər verir ki, Vilayət Polis İdarəsinin qrupları şəhər mərkəzinə yaxın, Elmalık kəndinə gedən yolda yerləşən bir evdə İŞİD-ə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı polislə qruplaşma üzvləri arasında baş verən atışmada yeddi polis əməkdaşı yaralanıb.

Bursadan göndərilən xüsusi təyinatlı polis dəstələrinin dəstəyi ilə əməliyyatın davam etdiyi bildirilir.

Yaralanan polislərin vəziyyəti yaxşıdır.