Ərdoğan Hakan Fidanı təltif ETDİ
    • 9-08-2023, 20:09
    • 259

Ərdoğan Hakan Fidanı təltif ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli İstihbarat Təşkilatındakı (MİT) 13 illik xidmətlərinə görə Milli Təhlükəsizlik Şurasının iclasında xarici işlər naziri Hakan Fidana “Dövlətdə üstün xidmət medalı” təqdim edib.

News24.az xəbər verir ki, Ərdoğan, həmçinin təqaüddə olan komandirlərə də hədiyyələr verib.

Sertifikatı alarkən Fidan deyib: “Mənimlə birlikdə xidmət edərkən sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından bu medalı alıram”.