-
- 10-08-2023, 11:39
- 360
Şadlıq evləri qiymətləri bahalaşdıracaq?
"Məhərrəmlikdən sonra şadlıq evlərində bahalaşma gözlənilmir”.
News24.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspert ərzaq məhsullarında kifayət qədər bahalaşma olduğunu bildirib:
"Tədricən qiymətlərin stabilləşməsi, hətta bir qədər ucuzlaşması da gözlənilir. Restoranlar öz qiymətlərini kifayət qədər qaldırıblar, yeni qiymətlər səviyyəsinə adaptasiya ediblər. Həm də Dövlət Statistika Komitəsinin məlumatlarından anlaşılır ki, son aylar ərzaq qiymətlərində bir qədər azalma var”.
Ekspert yay aylarında meyvə-tərəvəz qiymətlərində ucuzlaşma olduğunu xatırladıb:
"Bu səbəbdən gözləmirəm ki, Məhərrəmlik bitəndən sonra restoranlarda menyu qiymətini bahalaşdırsınlar. Restoranlarda kifayət qədər rəqabət mövcuddur. Toy edənlərin sayı azalıb, ciddi rəqabət var. Restoranlarda qiymətlərin süni şəkildə artırmaq imkanları məhduddur”.