Saakaşvilinin vəziyyəti yenidən pisləşdi
    • 10-08-2023, 15:03
    • 349

Saakaşvilinin vəziyyəti yenidən pisləşdi

Hazırda həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin vəziyyəti pisləşməyə davam edir.

News24.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Ombudsman aparatı yayıb.

Məlumata görə, buna səbəb onun keçirdiyi aclıq aksiyasıdır.

Bildirilib ki, ölkə Ombudmanı tərəfindən dəvət olunan mütəxəssis qrupu Saakaşvilinin saxlanıldığı “Vivamed” klinikasının təqdim etdiyi sənədləri təhlil edib və öz qiymətləndirməsini verib. Qeyd olunub ki, keçmiş Prezidentin qanında leykositlərin azalması aşkar edilib ki, bu da, sümük iliyində olan problemlə əlaqədar olduğu ehtimal edilir.

Sabiq Prezidentin müalicəsinin davam etdirildiyi qeyd olunub.

Xatırladaq ki, M. Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb. Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub./Qafqazinfo/