Putin və Priqojin arasında gərginlik: RAZILAŞMALAR POZULUR
    • 10-08-2023, 15:41
    • 397

Putin və Priqojin arasında gərginlik: RAZILAŞMALAR POZULUR

“Vaqnerçilərin” Rusiyaya qayıtması ilə bağlı məlumatlar Rusiya prezidenti Vladimir Putinlə “Vaqner” RMC-nin rəhbəri Yevgeni Priqojin arasında razılaşmaların pozulduğunu göstərir. 
 
News24.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir. 
 
Bildirilir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın muzdluları saxlamaq üçün pul ödəməyəcəyini anlayanda "Vaqner"i maliyyələşdirməkdən imtina edib. 
Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri məlumat yayıb.
 
Yeni hesabatda deyilir ki, Putin “Vagner”i döyüş bölməsi kimi saxlamaqda maraqlıdır, lakin Priqojini təhlükə olaraq görməkdə davam edir.
“Bu arada, müdafiə naziri Şoyqunun tamamilə fərqli ambisiyaları var: Müdafiə Nazirliyi tərəfindən Vaqner RMC-yə tam nəzarəti təmin etmək və şayiələrə görə, Priqojinin məsul olduğu Afrikada hərbi əməliyyatları öz üzərinə götürmək”,- analitiklər deyib. 
 
Analitiklər hesab edirlər ki, bütün bunlar muzdluları əsəbiləşdirəcək və “Putinin üsyandan bəri fəal şəkildə yaratmağa çalışdığı daxili təhlükəsizlik cəbhəsini sarsıtmaqla hədələyəcək”.
 
Arzu