-
- 25-06-2023, 10:44
- 259
“Vaqner” muzdluları ilə döyüşdə 15 rus hərbçi öldü
""Vaqner" Xüsusi Hərbi Şirkətinin hərbçiləri ilə toqquşmada 15 rus hərbçisi həlak olub".
News24.az xəbər verir ki, bu barədə STRANA nəşri məlumat yayıb.
İddialara görə, ölənlərin əksəriyyəti hərbi pilotlardır. Priqojinin muzdluları tərəfindən vurulan İl-18-də pilotdan başqa ən azı səkkiz nəfər də olub. Bundan əlavə, Ka-52 "Alliqator" hücum helikopteri məhv edilib, onun ekipajı tam heyətlə öldürülüb.
Xatırladaq ki, iyunun 23-də “Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y.Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.
Qumral