Ekvadorda milli matəm ELAN EDİLDİ
    • 11-08-2023, 01:10
    • 141

Ekvadorda milli matəm ELAN EDİLDİ

Ekvador Prezidenti Gilyermo Lasso prezidentliyə namizəd Fernando Villavisensionun öldürülməsi ilə bağlı ölkədə üç günlük milli matəm elan edib.

News24.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə “El Universo” qəzeti məlumat yayıb. 

"Fernando Villavisensionun xatirəsini yad etmək üçün üç günlük milli matəm elan edirəm", - deyə o bildirib.  

Qeyd edək ki, Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensio seçkiqabağı mitinqdən sonra qətlə yetirilib.