Prezidentliyə namizəd mitinqdə ÖLDÜRÜLDÜ
    • 10-08-2023, 15:36
    • 457

Prezidentliyə namizəd mitinqdə ÖLDÜRÜLDÜ

Prezidentliyinə namizəd mitinqdə güllələnib.

News24.az xəbər verir ki,  Ekvador prezidentliyinə namizəd Fernando Villavicencio Quitoda siyasi mitinq zamanı naməlum şəxs tərəfindən güllələnərək öldürülüb.

Məlumata görə, qətl ölkədə narkotik qaçaqmalçılığı və zorakı qətllərin artdığı həyəcanverici zorakılıq dalğası fonunda baş verib.

Hazırkı prezident Guillermo Lasso, qətlin arxasında mütəşəkkil cinayətkar dəstənin dayandığını iddia edib.

Ekvadorun baş prokurorluğu bildirib ki, sui-qəsddə şübhəli bilinən şəxs səlahiyyətlilər tərəfindən həbs edildikdən sonra aldığı yaralardan ölüb.

Öldürülən şəxs avqustun 20-də keçiriləcək  prezident seçkilərində səkkiz namizəddən biri idi. /Medianews.az/