Çaydan iki yaşlı UŞAQ MEYİTİ TAPILDI
    • 11-08-2023, 08:21
    • 337

Çaydan iki yaşlı UŞAQ MEYİTİ TAPILDI

Altay Respublikasında Multa çayında iki yaşlı uşağın meyiti tapılıb. 

News24.az Rusiya mediasına istinadən xəbər verir ki, istintaqın məlumatına görə, avqustun 10-da saat 17:00 radələrində Ust-Koksinski rayonunda Multa kənd sakini qadın çayda uşaq olduğunu və axının onu apardığını görüb. Uşağı təkbaşına xilas etmək mümkün olmadığından qadın xilasetmə xidmətinə müraciət edib.

Axtarışlar zamanı xilasedicilər hadisə yerindən təqribən 700 metr aralıda uşaq meyiti aşkar ediblər. Meyit çıxarılıb, müayinə olunaraq məhkəmə-tibbi ekspertizasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.  
Günəş Mərd