Salyanda evdə 32 yaşlı kişinin meyiti aşkarlanıb
    • 23-01-2023, 20:12
    • 215

Salyanda evdə 32 yaşlı kişinin meyiti aşkarlanıb

Salyanın Aşağı Kürkənd kəndində 32 yaşlı kişinin meyiti aşkar edilib.

News24.az-ın məlumatına görə, kənd sakini, 1991-ci il təvəllüdlü Alışov Fərid Xalid oğlunu meyiti öz evində deyil, başqa bir şəxsin evində aşkarlanıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə göndərilib.

F.Alışovun narkotik maddədən istifadə etdiyi güman edilir. Meyitin tapıldığı evin sakininin də saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.