Türkiyə yenə şəhid verdi
    • 11-08-2023, 09:25
    • 168

Türkiyə yenə şəhid verdi

Türkiyə ordusunun İraqın şimalında yaralanan hərbçisi bu gün şəhid olub.

News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 21-də İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı zamanı yaralanan çavuş Ege Süleyman Görece xəstəxanada vəfat edib.

Qeyd edək ki, indiyə kimi “Pençe-Kilit” əməliyyatında 6 hərbçi şəhid olub.