İraqda Türkiyə ordusunun əsgəri həlak oldu, daha bir neçə hərbçi yaralandı
    • 13-05-2022, 23:25
    • 334

İraqda Türkiyə ordusunun əsgəri həlak oldu, daha bir neçə hərbçi yaralandı

Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyatında 1 əsgəri həlak olub, daha bir neçə hərbçi yaralanıb.

News24.az  Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçular tərəfindən “Pençe-Kilit” əməliyyatı bölgəsində yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində Selman Gülər adlı əsgər şəhid olub. 

Partlayış nəticəsində 3 əsgər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.