Bakıda havanın temperaturu iqlim normasından 6, 7 dərəcə aşağı olub
    • 24-08-2020, 12:55
    • 524

Bakıda havanın temperaturu iqlim normasından 6, 7 dərəcə aşağı olub

Avqustun 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub. 

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Düşən yağışın miqdarı Balakən-Şəki zonasında 11-70, Mərkəzi Aran rayonlarında 5-34, Kiçik Qafqazda 4-12, Naxçıvan Muxtar Respublikasında 8-15, Qazax-Gəncə zonasında 2-10, Bakıda və Abşeron yarımadasında 2-7 mm  təşkil edib.

Şimal-qərb küləyi səhər saatlarından tədricən 7-12 m/s-dək mülayimləşib. 

Avqustun 23-də Bakıda havanın temperaturu iqlim normasından 6, 7 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-23, aran rayonlarında 17-23, dağlıq rayonlarda 12-14, Naxçıvan MR-da 18-25 dərəcə isti olub.