Əvvəllər məhkum olunmuş şəxs saxlanılıb
    • 6-03-2019, 11:27
    • 662

Əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

Köhnə məhkumun üzərində narkotik vasitə aşkarlanıb.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotikərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Təhməzov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan tiryək aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə çəkisi 4,2 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.